Ukrayna səhiyyə naziri Saakaşvilinin tənqidindən sonra istefa ərizəsi yazıb
2-07-2015, 15:08
Ukraynanın səhiyyə naziri Aleksandr Kvitaşvili istefa ərizəsini yazıb.
APA-nın UNN-ə istinadən verdiyi məlumata görə, A. Kvitaşvili Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin tənqidindən sonra bu addımı atmaq qərarına gəlib.
Ukrayna parlamentinin “Pyotr Poroşenkonun Bloku” fraksiyasının sədr müavini İqor Kononenko bildirib ki, hələlik Nazirlər Kabineti A. Kvitaşvilinin ərizəsinə baxmayıb.
Xatırladaq ki, bir neçə gün bundan öncə Saakaşvili Kvitaşvilini istefa verməyə çağırmışdı.