Rusiyanın Qaraçay-Çərkəz Respublikasında güclü leysan yağışları ciddi fəsadlar yaradıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, güclü yağışların yaratdığı sel suları kəndləri basıb, qarşısında keçən hər şeyi yuyub-aparıb. Bir nəfərin öldüyü, iki nəfərin isə zədə aldığı bildirilir.
Muxtar Respublikada fövqəladə vəziyyət elan edilib. Hadisə keçən həftənin sonu baş versə də, oradan çəkilən görüntülər yeni əldə edilib. [media=https://www.youtube.com/watch?v=yF6c4MvdJ1A]