Ukrayna kəşfiyyatı Donbassdakı döyüşlərdə iştirak edən rusiyalı generalların adlarını ABŞ-a təqdim edib

3-07-2015, 10:57           
Ukrayna kəşfiyyatı Donbassdakı döyüşlərdə iştirak edən rusiyalı generalların adlarını ABŞ-a təqdim edib
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ABŞ hökumətinə Rusiya ordusunun Donbass münaqişəsində iştirakına dair 30 səhifəlik sübut təqdim edib.

APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, sənədə əsasən separatçı “Luqansk Xalq Respublikası”ndakı silahlı dəstələrə Rusiya ordusunun general-mayorları Oleq Tsekov, Sergey Kuzovlev və Roman Şadrin, “Donetsk Xalq Respublikası”ndakı qüvvələrə isə general-mayorlar Valeri Solodçuk və Aleksey Zavizion komandanlıq edirlər.

Hesabatda bildirilir ki, Ukraynanın şərqindəki hərbi əməliyyatlarda Rusiya ordusunun azı 9 min nəfərdən ibarət 15 taktiki-batalyon qrupu iştirak edir.

Vaşinqtondakı mənbələr Ukrayna tərəfindən 30 səhifəlik hesabat aldıqlarını təsdiqləyərək orada əks olunmuş faktların ABŞ kəşfiyyatının məlumatları ilə üst-üstə düşdüyünü söyləyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.