Qədim Palmiranın artefaktları məhv edilir - İŞİD bəlası

3-07-2015, 11:37           
Qədim Palmiranın artefaktları məhv edilir - İŞİD bəlası
İŞİD terror təşkilatının silahlıları internetdə qədim heykəlləri dağıtmalarının əks olunduğu fotolar yayıblar.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, ekstremistlər bu heykəllərin Suriyanın Palmirra şəhərindəki qədim artefaktlar olduğunu iddia edirlər.

Fotolarda terrorçuların altı heykəli ağır çəkiclə kütlənin iştirakı ilə dağıtdıqları görünür.

Ekstremistlər heykəllərin qaçaqmalçıdan müsadirə edildiyini və həmin şəxsin cəza tədbiri olaraq, qamçılandığını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.