İrəvanda hakimiyyət meydana təslim oldu - polislərə cinayət işi açıldı

3-07-2015, 15:54           

Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı aksiyaların dağıdılmasında iştirak edən polislərə cinayət işi açılıb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Komitəsi məlumat yayıb.

Hüquq mühafizə orqanları əməkdaşları vəzifə səlahiyyətlərini aşmaqda, zorakılıqda və jurnalistlərin professional fəaliyyətinə mane törətməkdə ittiham olunurlar.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sərkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.