Suriya azərbaycanlılarının liderindən dəhşətli sözlər

3-07-2015, 17:54           
Suriya azərbaycanlılarının liderindən dəhşətli sözlər
Suriyada xalq savaşa nəzarəti itirib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Suriya Türkman Məclisinin rəhbəri Əbdürrəhman Mustafa çıxış edib.

Onun sözlərinə görə, Suriyada ABŞ, İŞİD və PYD-nin vasitəsilə etnik təmizləmə aparılır:

“Suriyada savaş hələ təzə başlayır. PYD-nin Suriyada çox böyük layihəsi var. Onlar beynəlxalq ictimaiyyətin tam dəstəyini alıblar. Suriyadan qaçanlar ya Türkiyəyə, ya da ki Rakkaya gedirlər. Dörd il yarım ərzində 35 min şəhid vermişik. Üstəlik, 1 milyona yaxın türkman öz vətənindən didərgin düşüb. Hazırda Türkiyədə 200 min türkman var ki, onların da yalnız 30 mini dövlətin yaratdığı düşərgələrdə yaşayır. Biz hazırda Suriya Beynəlxalq Komissiyasının tərkibinə daxil olmuşuq. Onu dünyada 140 ölkə tanıyır. Doğrudur, reallıqları araşdıran bir komissiya qurulub, amma buraya bir türkman belə qəbul edilməyib. Lakin komissiyada kürdlərə sevə-sevə yer veriblər. Digər bir tərəfdən isə bu təşkilatın başında Məhəmməd Rəşid Molla dayanıb. Biz bütün bunlara etiraz etdik, amma heç kim dediklərimizə fikir vermədi”.

Mustafa kürdlərin türkmanlara qarşı psixoloji savaş apardığını bildirib:

“PYD kəndləri İŞİD-dən geri qaytaranda guya buranın minalandığını bildirdi. İnsanlar evlərindən qaçdılar. Getməyənlərə isə “ABŞ buranı İŞİD var deyə bombalayacaq” dedilər. Nəticədə 20 min türkmandan yalnız 800-ü yerində qaldı. Onları da bir müddət öncə məktəbə yığıb təhdid etdiblər ki, buranı tərk etməsəniz, koordinatları amerikalılara verib kəndi bombalatdıracağıq. Yəni İŞİD, ABŞ və PYD vasitəsilə etnik təmizləmə həyata keçirildi. Bu, hələ başlanğıcdır. Belə etnik təmizləmə Türkiyə sərhədində qurulması nəzərdə tutulan Kürdüstan dövləti üçün planlanır. Tel Abyaddan sonra Azez, Hələb və Bayır Bucak olacaq. Onlar üçün son qala Bayır Bucakdır. Buranı ələ keçirsələr, Aralıq dənizinə yol açılacaq. Suriyada savaş Suriya xalqının əlindən çıxıb. Biz bu ölkədə şəhidlərimizin qanlarını PYD üçün axıtmamışıq. Əsas hədəfimiz Suriyanın ərazi bütövlüyüdür. Türkmanların tək dəstəkçisi Türkiyədir. Bu gün Türkman birlikləri Türkiyənin varlığı sayəsində ayaq üstdədir. Orada savaşan bütün ünsürlərin arxasında bir dövlət dayanır. Onlara milyardlarla dollar xərclənilir. Türkiyə türkman bölgələrini güvənli zona elan etməlidir. Əgər belə olsa, nə İŞİD, nə də ki PYD-dən söhbət açıla bilər. Amma türkmanlar Aralıq dənizi sahillərində atalarımızdan yadigar qalan Bayır Bucağı tək başına qoruyurlar. Türkmanlar İŞİD, Əsəd və kürdlərə qarşı savaşda tək qalıblar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.