Rusiyada təlim uçuşu zamanı qırıcı MiQ-29 qəzaya uğrayıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Krasnodar diyarında baş verib.
Təyyarənin pilotu katapult edib. Pilotun Rusiya Silahlı Qüvvələrinin aviauçuşların təhlükəsizlik xidmətinin rəisi, general-mayor Aleksandr Berzan olduğu bildirilir.
Həmçinin qeyd olunur ki, MiQ-29 insanların yaşamadığı əraziyə düşüb.