BBC 120 millət vəkilinə etiraz etdi - "Biz İŞİD deməyəcəyik"
4-07-2015, 22:55
İngiltərənin 120 millət vəkili BBC-nin İŞİD-ə "İslam Dövləti" deməsinə etiraz etdikləri ortaq bir məktub yazıb.
Avropa.info xəbər verir ki, BBC isə buna cavab olaraq İŞİD deməkdən imtina edərək təşkilatı bundan sonra "Qondarma İslam Dövləti" adlandıracağını açıqlayıb.
Birləşmiş krallığın baş naziri Devid Kemeron bu həftə verdiyi açıqlamada BBC-nin xəbərlərində İŞİD-in "İslam dövləti" olaraq adlandırılmasını sərt şəkildə tənqid etmişdi.
Bu açıqlamadan sonra 120 millət vəkili BBC-yə bir məktub ünvanlayaraq xəbərlərdə bu ifadənin istifadə edilməməsini tələb etmişdi.
BBC baş direktoru Tony Holl isə öz növbəsində quruma ünvanlanan məktuba cavab olaraq bir yazı yazıb.
"BBC bir qrupu və ya təşkilatı adlandırdığı zaman o qrupun özünü necə tanıtdığını əsas götürür. "İslam dövləti" ifadəsini istifadə etmək belə bir dövlətin olduğuna dəlil deyil. Biz də müraciəti nəzərə alaraq bundan sonra təşkilatı "Qondarma İslam Dövləti" adlandıracağıq."