Saakaşvili məmurlara xəbərdarlıq etdi: "Elə bilirsiz ki, mən axmağam?" - VİDEO

5-07-2015, 19:26           
Saakaşvili məmurlara xəbərdarlıq etdi: "Elə bilirsiz ki, mən axmağam?" - VİDEO
“Siz bilirsizmi, Odessada nələr baş verir?”

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib. Saakaşvilinin vilayətin daxili audit bölməsi və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət, korrupsiyanın qarşısının alınması və aşkar edilməsi idarələrinin rəhbərləri ilə söhbətinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

“Korrupsiyaya görə saxlanılan şəxslər hardadı? Siz bilirsiz Odessada nələr baş verir? Siz korrupsiyaçılara xidmət edirsiz. Siz düşünürsüz ki, mən axmağam və məni çuxurlara yamaq vurmaqla aldatmağa çalışırsız?”, - Saakaşvili görüşdə deyib.

Qeyd edək ki, Saakaşvili vilayətin hüquq-mühafizə və antikorrupsiya şöbələrini ləğv edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.