Yunanıstan referendumu: səsvermə başa çatıb

5-07-2015, 22:15           

Yunanıstanında bazar günü ölkənin börc böhranı ilə bağlı keçeirilmiş referendum çərçivəsində səsvermə başa çatıb.
Səsvermə məntəqələri yerli vaxtla səhər saat 07:00-dən axşam saat 19:00-dək işləyiblər.
Milyonlarla yunan ölkəyə beynəlxalq maliyyə yardımının ayrılması şərtlərinə dair keiçirlən referndumda iştirak edib.
Səsvermənin ilk nəticələrinin səsvermə bitəndən bir neçə saat sonra bilinəcəyi gözlənilir.
Lakin səsvermə məntəqələri bağlandıqdan dərhal sonra Yunanıstan dövlət KİV-ləri, o, cümlədən, dövlət televiziya kanalları referendumun "Yox" deyənlərin xeyrinə başa çatdığını bəyan ediblər.
Bununla belə, təhlilçilər tələsik nəticə çıxarmamağa və rəsmi nəticələrin elan edilməsin i gözləməyə səsləyirlər.
Səsvermədən əvvəl yunan höküməti əhalini referendumda "Yox" deməyə çağırmışdı, lakin hökümət opponentləri xəbərdalıq etmişdi ki, bu halda Yunanıstan avrozonanı tərk etməli olacaq.
Rəy sorğularına görə seçicililər arasında fikir ayrılığı mövcuddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.