İtaliyadan olan parlamentar Roberto Montella ATƏT Parlament Assambleyasının baş katibi seçilib.
APA-nın məlumata görə, seçki iyulun 5-də ATƏT PA-nın növbəti sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında gerçəkləşib.
R. Montella bu vəzifənin icrasına 2016-cı ilin 1 yanvar tarixindən başlayacaq. Baş katibin mandatına ATƏT PA-nın işlərini idarə etmək, Büro, Daimi Komitə və Assambleyanın qərarlarını həyata keçirmək və katibliyin Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək daxildir.
Hazırda ATƏT PA-da bu vəzifəni Oliver Spenser icra edir.