Ukrayna SBU-da 40 nəfər "satqın" çıxarıldı - Generallar həbs olundu
6-07-2015, 15:31
Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Vasili Qritsak başçılıq etdiyi orqanın 40 əməkdaşına cinayət işinin açıldığını bəyan edib. Avropa.info xəbər verir ki, cinayət işi açılan şəxslər arasında yüksək vəzifəli generallar da var. Qritsak deyib ki, həbs olunan şəxslər arasında yük maşınları və insanlara saxta buraxılış vəsiqəsi yazan polkovnik də var. Digər polkovnik və generalların da həbs olunduğu bildirilir.