Rus ordusu Ermənistanda hazırlıq vəziyyətinə gətirildi

7-07-2015, 20:48           
Rus ordusu Ermənistanda hazırlıq vəziyyətinə gətirildi
Ermənistanda yerləşən Rusiya hərbi bazası həyəcan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Axar.az “Lenta.ru”ya istinadla xəbər verir ki, hərbi təlim məqsədi daşıyan həyəcan siqnalında məqsəd hərbi hissənin hazırlıq dərəcəsini yoxlamaq imiş.

Rusiya Cənub Hərbi Dairəsindən verilən məlumatda bildirilir ki, hərbçilərin hazırlıq səviyyəsi pilotsuz təyyarələrdən canlı olaraq müşahidə edilib.

İrəvanı etirazlar dalğası bürüdüyü bir məqamda Rusiyanın bu ölkədə yerləşdirdiyi ordusunu hazırlıq vəziyyətinə gətirməsini müşahidəçilər təsadüfü saymırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.