Məşhur güləşçi edam edilib – Məhbusu zorlamaqda günahlandırılır

29-05-2017, 10:39           

İranda naməlum ittihamlara görə 10 il həbsdə saxlanılan və sonradan zindanda digər bir məhbusu zorlamaqda günahlandırılaraq ölümə məhkum edilən məşhur güləşçi Höccətullah Tədru edam edilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Həbs edilməsindən əvvəl İran Güləş Federasiyasının 74 kq çəki dərəcəsində mühüm ümidlərindən biri olan və bir neçə dəfə ölkə çempionatı yarışlarında 1-ci yeri tutan tanınmış güləşçi, mayın 25-i sübh saatlarında İranın Kirmanşah şəhərinin zindanında dar ağacından asılıb.

Höccətulla Tədru ailəsinə yaxın mənbələrdən biri isə hüquq müdafiəçilərinə açıqlamasında güləşçiyə qarşı irəli sürülmüş zorlama ittihamını rədd edərək, onun kimlərinsə qurğusunun qurbanı olduğunu bildirib.

Son vaxtlar İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru