Putin Ermənistanda YENİ PLANINI İŞƏ SALIR: Ohanyanın Moskvaya sirli səfəri

30-05-2017, 02:24           
Putin Ermənistanda YENİ PLANINI İŞƏ SALIR: Ohanyanın Moskvaya sirli səfəri
Rusiya Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana “stavka” edir. Bu barədə erməni jurnalist Sarkis Artsruni yazıb. Onun sözlərinə görə, Ohanyan aprelin 2-dən sonra – Ermənistanda parlament seçkilərinin nəticələri açıqlanan kimi Moskvaya sirli səfər edib.
“Məlumatlara görə, Ohanyan Moskvada özünə “iş” axtarmağa gedib. Hazırda o, Moskvada “ehtiyatda olan kadr” kimi gözləyir. Lakin güman ki, onun yeni işi Rusiyada yox, Ermənistanda olacaq. Onunla eyni blokda olan Raffi Ovannisyan bildirdi ki, Ohanyan parlamentdən kənardakı bütün müxalifətin lideri olmalıdır. Görünür, Ohanyan müxalifətdəki rusların adamı missiyasına qayıdacaq. Hansı ki, 2000-ci illərdə keçmiş müdafiə naziri Vaqarşak Artünyan da eyni rolu oynayırdı. 2004-2005-ci ildə erməni müxalifəti Qərbə yönələn kimi Vaqarşak Moskvanın tapşırığı ilə bu planları alt-üst etdi”, – deyə erməni jurnalist yazıb./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru