Rusiyada korrupsiya inqilabı: 200 şəhər ayağa qalxır

30-05-2017, 02:29           
Rusiyada korrupsiya inqilabı: 200 şəhər ayağa qalxır
Rusiyalı müxalif blogger Aleksey Navalnının tərəfdarları Rusiyanın 200 şəhərində etiraz aksiyalarına hazırlaşırlar. Axar.az xəbər verir ki, korrupsiyaya qarşı keçiriləcək aksiyalar 12 iyunda baş tutacaq. Etiraz aksiyaları “Cavab tələb edirik” şüarı ilə keçiriləcək. Artıq etirazçılar hökumət dairələrinə mitinqlərin keçiriləcəyi ilə bağlı müraciətlər göndərməyə başlayıblar.
Qeyd edək ki, bundan öncə Navalnının rəhbərliyi altında Rusiya Baş naziri Dmitri Medvedyevə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Etiraz aksiyaları “O sizin üçün Dimon deyil” şüarı ilə baş tutmuşdu. Bütün Rusiyanı əhatə edən aksiyalarda minlərlə etirazçı həbs edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru