Yəməndə vəba epidemiyası nəticəsində 500 nəfər ölüb

30-05-2017, 08:59           
Yəməndə vəba epidemiyası nəticəsində 500 nəfər ölüb


APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç bildirib.

Onun sözlərinə görə, son bir ay ərzində Yəmənin 19 vilayətində vəba xəstəliyindən 500 nəfər ölüb. “Ölənlərin sayı 2016-ci ilin oktyabrı 2017-ci ilin martı dövrü ilə müqayisədə dörd dəfə artıb”, deyə T.Yazareviç bildirib.

Qeyd edək ki, Yəmən hökuməti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru