Bu gün Avropa parlamentində Yunanıstan baş naziri Aleksis Tsiprası alqışlarla qarşılayıblar.
ANS PRESS-in məlumatına görə, baş nazir parlamentə daxil olan zaman Avropa parlamentinin deputatlarının çoxununu qarşısında "Yox" sözləri yazılmış lövhələr olub.
Bu gün o, Avropa deputalarına Yunanıstandakı iqtisadi vəziyyət barədə danışacaq. Həmçinin iyulun 5-də keçirilmiş referendum barədə danışacaq. Tədbirdə yunanların 61%-i kreditorların sərt qənaət siyasətini davam etdirməklə bağlı tələblərinə "yox" deyiblər.
Nəticələrin elan edilməsindən öncə, Yunanıstan baş naziri Aleksis Tsiparis ölkə sakinlərinə müraciət edib. O, bildirib ki, yunanlar referendumda "kreditorların ultimatumuna yox dedi". Bu hadisəni Avropa tarixinin parlaq səhifəsi sayan baş nazir bildirib ki, xalqın verdiyi mandat Avropa ilə əlaqələrin kəsilməsi demək deyil.