Moskvada AST Telmanın otelində “taclandırılmış” “vor zakon” saxlanıldı – VİDEO

9-07-2015, 22:20           

Onun üzərindən narkotik maddə aşkarlanıb.
“Praym Kraym” informasiya agentliyinə daxil olan məlumata görə, dünən Moskvada “Zakarpatskie uzorı” restoranında Rusiya DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən 39 yaşlı “qanuni oğru” (“vor v zakone”) Gürsel Sayfulov tutulub.

O, kriminal aləmdə daha çox Quram Taşkentski kimi tanınır.
METBUAT.info xəbər verir ki, üzərinə baxış keçirilən zaman 1,2 qram narkotik maddə olan “spays” aşkarlanıb.
Özbəkistan SSR-in Fərqanə vilayətinin Kuvasay şəhərinin sakini olan Gürsel Sayfulov 2001-ci ilin dekabrında Moskvanın Kuntsev rayon məhkəməsi tərəfindən adam oğurluğuna görə 8,5 il həbs cəzasına məhkum edilmişdi.
Gürselin həbsxanada olduğu zaman göstərdiyi fəaliyyəti cinayətkar aləm tərəfindən layiqincə qiymətləndirilib və o, Türkiyədə Tariyel Oniani və Rövşən Caniyevin (Rövşən Lənkəranski) tərəfdarları olan gürcü oğrular tərəfindən “taclandırılıb”.
O zaman həmçinin Dato Surqutski, Giya, Kotoma, Kurşa, Quca, Çinka, Yakiç, Çuto Xonski və başqalarına ad verilmişdi.
Gürselə şəxsi himayəni batumlu “qanuni oğru” Aslan Kobuladze göstərib. Kobuladze bacısının xətti ilə Sayfulovla uzaq qohumdur.
Sayfulova ad verilməsi mərasimi Antalyada, Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsus olan “Mardan Palace” otelində keçirilib. Cinayətkarların milli fərqlərə olan nifrətinə baxmayaraq, oğru dünyasının yeni tarixində Gürsel hələ ki, ad almış ilk və yeganə türkdür.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.