Təbrizdə özünə qəsd edən Ədalət Həşimov haqda ilginc faktlar

10-07-2015, 16:35           
Təbrizdə özünə qəsd edən Ədalət Həşimov haqda ilginc faktlar
Bu günlərdə Təbrizdə özünü asaraq intihar edən azərbaycanlı Ədalət Həşimov haqqında ilginc faktlar üzə çıxıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, Biləsuvar gömrük-keçid məntəqəsində naməlum səbəblərdən mərhumun cənazəsi Azərbaycan tərəfinə buraxılmayıb. Şayiələrə görə keçmiş polsi işçisi Ə.Həşimov Azərbaycanda uzun müddət axtarışda olub.

Məlumatların doğruluğunu öyrənmək üçün Ə.Həşimovun yaxın qohumu, əmisioğlu Kamil Həşimovla əlaqə saxladıq. Onun sözlərinə görə, mərhum həqiqətən də keçmiş polis əməkdaşı olub: “Ədalət Həşimov Kəlbəcər rayonundan olan məcburi köçkündür. O, 1992-93-cü illərdə polis əməkdaşı işləyib, daha sonra isə ehtiyata buraxılıb. Ədalət bu yaxınlarda müalicə almaq üçün Təbrizə yollanmışdı. Lakin qısa bir müddətdən sonra onun intihar etdiyi barədə məlumat aldıq. Yığışıb onun cənazəsini gətirməyə getdik. Mərhumu Azərbaycan tərəfinə keçirmək istəyərkən Biləsuvar gömrük-keçid məntəqəsində xeyli gözləməli olduq. Lakin sonda mərhumu vətənə gətirə bildik. Hazırda onun dəfn ediləməsi ilə bağlı işlər aparılır”.

Kamil Həşimov mərhumun subay olduğunu, bu günəcən evlənmədiyini deyib. Xatırladaq ki, iyunun 5-də Azərbaycan vətəndaşı, 1969-ciu il təvəllüdlü Ədalət Həşimov Təbrizin İmam Xiyabanında yerləşən "Cahannamə" otelində intihar etmişdi. O, naməlum səbəblərdən otelin pəncərəsindən özünü asıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.