Burcanadze Gürcüstanı Kremlə təhvil verməyə hazırdır
11-07-2015, 20:49
Rusiya hökuməti Gürcüstan nümayəndələri ilə əlaqə qurmağa hazırdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-spikeri Nino Burcanadze çıxış edib. Onun sözlərinə görə, Moskva Tiflislə neytral bölgədə də görüşlər keçirməyə hazırdır:
“Əgər Gürcüstan bu əlaqədən imtina etsə, mən onun yaradacağı fəsadları hər kəsə söyləyəcəyəm. Əgər məcburiyyət olsa, bizim Putinlə görüşümüz baş tutacaq. Mən spiker Narışkinin dəvətilə Moskvadayam”.
Qeyd edək ki, Burcanadze Rusiya yönlü siyasətçi hesab edilir və onun Moskva səfəri Kremlin Gürcüstanda Rusiya yönlü qüvvələri aktivləşdirmək istəyi ilə bağlı olduğu bildirilir.