Baş naziri daşa basdılar- Eynəyi sındı, təpik vuruldu +Fotolar
11-07-2015, 21:14
Bosniyada 20 il əvvəl baş verən Srebrenitsa kütləvi qırğın qurbanlarının xatirəsini anmaq üçün matəm mərasimləri keçirilib.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, matəmdə Serbiyanın baş naziri Aleksandar Vuçiç də iştirak edib. Srebrenitsa abidəsinə çiçək qoyan baş nazirə ayaqqabı, daş və şüşə atılmağa başlanılıb. Aleksandar Vuçiç eyni zamanda matəm iştirakçılarının arasından keçərkən dəhlizdə təpiklərə məruz qalıb, onun eynəyi sınıb. Mühafizəçilər baş naziri çətir və çantalarla qorumağa çalışıb.
Mövzuyla əlaqədar Sebriya xarici işlər naziri Ivica Daciç açıqlama verib. O, baş nazirin tam bir dövlət adamı kimi hərəkət etdiyini, bu məsələnin siyasiləşməsinin mənasız olduğunu bildirib.
Qeyd edək ki, 1995-ci il iyulun 11-də Bosniyadakı üç illik müharibədən sonra serb qoşunu müsəlman anklavında minlərlə insanı qətlə yetiriblər.
DAVUTOĞLU DA ORADA OLUB
Avropada İkinci Dünya Müharibəsindən sonra baş verən ən böyük insanlıq faciəsi olaraq qəbul edilən Srebrenitsa soyqırımında həyatını itirən qurbanlar üçün təşkil edilən cənazə mərasimində baş nazir Əhməd Davudoğlu da iştirak edib.