"Sağ sektor" təşkilatının lideri Dmitri Yaroş Ukrayna Daxili İşlər naziri Arsen Avakovun istefasını tələb edib. Axar.az xəbər verir ki, Yaroş 11 iyulda Zakarpatiya regionunda atışma zamanı həlak olan insanları qətlə yetirənlərin həbsinə qədər ölkə ərazisində etiraz aksiyalarının davam edəcəyini bildirib. Yaroş Avakov başda olmaqla, bütün güc strukturları rəhbərlərinin istefaya göndərilməli olduğunu qeyd edib. Qeyd edək ki, rus millətçiləri tərəfindən Zakarpatiyada partlayış törədilmiş, daha sonra isə yaxınlıqda olan insanlara atəş açılmışdı. Baş verən hadisədən dərhal sonra "Sağ sektor" Ukraynanın Dnepropetrovsk, Lvov, Poltava, Xerson və Ternopol şəhərlərində mitinqlər təşkil etmişdi.