İranla razılıq əldə olunur

12-07-2015, 19:02           

Fransa Xarici İşlər naziri Loran Fabius İranla nüvə danışıqlarında son mərhələyə qədəm qoyduqlarını açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə məlumat TASS agentliyi yayıb. Agentliyin məlumatına görə, fransalı nazir sürətli şəkildə razılığın əldə olunacağına ümid etdiyini deyib: “Biz BMT-nin atom enerjisi üzrə beynəlxalq agentliyinin (MAQATE) iştirakı ilə bütün gecə çalışdıq və sürətli şəkildə razılığa çatmağa çalışırıq. Danışıqlar son səhifədədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.