Ermənistan paytaxtı Yerevanda növbəti qətl hadisəsi baş verib. Bu barədə AzVision.az `News.am`-a istinadən xəbər verir. Məlumata əsasən iyulun 12-i Təcili Tibbi Yardım Xidmətinə Oqanova küçəsi mənzil 17 ev 14-də kişi meyitinin olması ilə bağlı siqnal daxil olub. Hadisə yerinə gələn həkimlər evdə üzərində güllə yaraları olan 46 yaşlı kişi meyiti aşkarlayıb. Onun Rusiya vətəndaşı Hamlet Asatryan bildirib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.