Rusiyada erməni vəhşiliyi: pəncərədən atılan məktəbli öldü
13-07-2015, 16:28
Rusiyada erməni kişinin 7-ci mərtəbədən atdığı 16 yaşlı rus qızı Moskva xəstəxanalarının birində dünyasını dəyişdi. ANS PRESS-in məlumatına görə, 6 iyulda binanın həyətində qazonların üzərində aşkarlanmış Anastasiya olduqca ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq bir həftədir reanimasiyada saxlanılan məktəbli qız bazar gecəsi dünyasını dəyişib.
İyulun 6-da səhər saatlarında Moskvanın cənubunda yaşayış binalarının birində baş verən dəhşətli hadisədə Ermənistandan qazanc dalınca gəlmiş kişi kirayə qaldığı evin sahibəsinin 16 yaşlı qızını, daha sonra isə itini 7-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən atmışdı. Qız və it möcüzə nəticəsində sağ qala bilsə də, ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı. Məktəbli ot örtüyünün üzərinə düşüb, it isə budaqlara ilişib və maşınların yanına düşüb.
İnsidentin şahidləri yaxınlıqdan təsadüfü keçənlər olub. Onlar dərhal məktəbli üçün təcili tibbi yardım çağırıblar, iti isə veterinar klinikaya aparıblar.
Ağır cinayətdə şübhəli bilinən Vaqran Ayvazyan saxlanılıb. Saxlanılan zaman cinayətkar həddindən artıq sərxoş olub və praktiki olaraq heç nə izah edə bilməyib. Onun sözlərinə görə, guya qız özü pəncərədən yıxılmaq istəyib.
Qonşular iddia edirlər ki, şübhəli şəxs qıza vurulubmuş: “Biz bilirik ki, qızın anasının evə buraxdığı kirayəşin qız ilə birgə yaşayıb. Biz bununla bağlı nəsə etmək istəyirdik, kiməsə bu barədə demək istəyirdik”, - Yelena adlı qonşu danışıb.