Moskvanın Noginsk məhkəməsi “qanuni oğru” və kriminal aləmdə Tolik Noginski kimi tanınan Taleh Dağlıyevə silah saxladığına görə bir il şərti cəza verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi məhkəmədəki mənbəyə istinadla məlumat yayıb.
“Hakim Svetlana Polejayeva “avtoritet”i qanunsuz silah saxlamaqda günahkar bilib və onu bir il şərti azadlıqdan məhrum etmə ilə cəzalandırıb”, - mənbə deyib.
Qeyd edək ki, Dağlıyev polis tərəfindən xüsusi təyinatlıların dəstəyi ilə 2015-ci ilin aprelində həbs olunub. Onun üzərində üç patronu olan tapança aşkar edilib.