Böyük Britaniyanın “Barclays” bankı “Russia Today” telekanalının hesablarını bağlayıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı RİA-Novosti agentliyi yayıb. Agentliyin məlumatına görə, bank hesabın bağlanmasının rəsmi səbəblərini açıqlamayıb. Rusiya isə hesabların bağlanmasını senzura adlandıraraq, onun bağlanmasının Londonun Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar olduğunu bildirib.