Rusiyada polislə silahlılar arasında qarşıdurma olub, 3 nəfər öldürülüb

14-07-2015, 12:49           
Rusiyada polislə silahlılar arasında qarşıdurma olub, 3 nəfər öldürülüb
Ötən gecə Rusiyanın Kabarda-Balkar Respublikasının Bakson rayonunda güc strukturları əməkdaşları ilə silahlılar qarşıdurma olub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, nəticədə 3 silahlı zərərsizləşdirilib.

Gecə saatlarında hadisənin baş verdiyi ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Silahlı qrup 5 nəfərdən ibarət olub. Hazırda digər 2 nəfərin axtarışı davam edir.


Bildirilir ki, zərərsizləşdirilən 3 silahlıdan birinin bir neçə cinayətlərdə əli olub, digəri isə federal axtarışda olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.