Trampın Yaxın Şərq üzrə baş müşaviri vəzifəsini tərk edib

28-07-2017, 08:45           
Trampın Yaxın Şərq üzrə baş müşaviri vəzifəsini tərk edib
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə baş müşaviri Derek Xarvi vəzifəsini tərk edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Xarvinin üzvü olduğu Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Maykl Enton bu məlumatı təsdiqləyib.

Məlumata görə, D.Xarvinin vəzifədən getməsi Suriya, İran və İraq dair məsələlər üzrə Ağ Evin daxilində fikir ayrılıqları fonunda baş verib.

D.Xarvi prezidentin Yaxın Şərq üzrə baş müşaviri vəzifəsinə prezidentin milli təhlükəsizlik üzrə sabiq müavini Maykl tərəfindən irəli sürülmüşdü. M.Flinn Rusiya səfiri Sergey Kislyakla təmaslarına görə ABŞ-da qalmaqal fonunda vəzifəsindən azad edilmişdi.

“Foreign Policy” bildirir ki, Xarvi İrana qaşı sərt mövqe tutmağa və ABŞ-ın ordusunun Suriyada sayını artırmağa çağırırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru