Amerikalıların kredit kartı borcları ilk dəfə 1 trln. dolları ötüb

9-08-2017, 00:10           
Amerikalıların kredit kartı borcları ilk dəfə 1 trln. dolları ötüb
merikalıların istehlak kartları üzrə borcları tarixi rekord səviyyəyə yüksəlib

teref.az ”Report”-a istinadən xəbər verir ki, bu barədə Federal Ehtiyat Sistemi (FED) məlumat yayıb.

Bildirilib ki, iyun ayında amerikalıların kredit kartı borcları 1,02 trln. dollara çatıb.

“Bloomberg”in yaydığı xəbərə görə, ABŞ-ın “Citigroup” və JPMorgan” kimi nəhəng bankları sürətlə kredit kartı sahiblərinin sayını artırmağa çalışırlar.

“Banklar hesab edirlər ki, bu dəfə hər şey çox yaxşı olacaq. ABŞ-da 2008-ci ildə əmlak qiymətlərinin kəskin düşməsi böhrana səbəb olub. Bundan sonra işsizlik 10%-ə çatıb. Növbəti iki ildə isə banklar 100 mlrd. dollardan çox kredit kartı borcunu silməyə məcbur olublar”, – agentlik qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru