Yəmənin paytaxtı Sənada yaşayan 22 yaşlı Hüseyn əl-Sakit azyaşlı qıza təcavüz edib. Publika.az xəbər verir ki, cinayətkar 5 yaşlı qıza təcavüz etdikdən sonra onu öldürüb. Ölüm cəzasına məhkum edilən Hüseyn paytaxta yerləşən “Tahrir” meydanında qaldırıcı krandan asılaraq edam edilib. Onun edamı kütlənin gözü qarşısında gerçəkləşdirilib.