Prezidentdən şok addım: Jurnalisti məhkəməyə verdi

16-08-2017, 08:49           

Fotoqraf prezidenti və həyat yoldaşı Bricit Makronu dincəldikləri Marsel şəhərində izləyib və xəlvətcə onların nadir fotolarını çəkərək yayıb

Fransa prezidenti Emmanuel Makron onu yay tətilində həyat yoldaşı ilə birlikdə dincələrkən lentə aldığına görə fotoqrafı məhkəməyə verib.

teref.az qeyd edir ki, Sputnik Azərbaycan Fransa mediasına istinadla verdiyi məlumata görə, Yelisey sarayının sözçüsü bildirib ki, prezident "izləmə yolu ilə narahatetmə və şəxsi həyatın toxunulmazlığına müdaxilə ittihamı ilə ölkə mətbuatında çalışan fotoqrafların birinə qarşı hüquq —mühafizə orqanlarına şikayət edib".

Sözügedən fotoqraf prezidenti və həyat yoldaşı Bricit Makronu dincəldikləri Marsel şəhərində izləyib və xəlvətcə onların nadir fotolarını çəkərək yayıb.

Məlumatda o da qeyd olunur ki, sözügedən fotoreportyor zaman-zaman prezident və xanımını motosikletlə izləyib. Hətta prezidentin təhlüksizlik xidmətinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, jurnalist həyatını riskə atmaqla öz niyyətini reallaşdırmağa cəhd göstərib.

Ötən həftənin bazar günü isə fotoreportyor dövlət başçısı və xanımının cənub şəhəri olan Marseldəki şəxsi mülkünə daxil olub. Nəticədə o, Marsel polisi tərəfindən saxlanılıb və 6 saat dindirilmədən sonra sərbəst buraxılıb.

Fransa hökuməti ötən həftə prezidentin məzuniyyətə gedəcəyini açıqlasa da, təhlükəsizlik səbəbindən onun ailəsi ilə birlikdə dincələcəyi yeri açıqlamamışdı. Sadəcə bildirilmişdi ki, prezident ölkəni tərk etməyəcək və ola bilsin, arada müəyyən müddətə iqamətgahına da gəlsin.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.