ABŞ Avropadakı zirehlilərinin atəş gücünü böyüdür

24-07-2015, 21:32           
ABŞ Avropadakı zirehlilərinin atəş gücünü böyüdür
ABŞ ordusu Avropada yerləşdirdiyi zirehli döyüş maşınlarını yeniləmək qərarına gəlib. Vaşinqton onları Rusiyaya tuşladığı 30 mm-lik toplarla təkmilləşdirəcək.

Axar.az xəbər verir ki, ABŞ-ın Avropadakı iki döyüş birliyindən biri olan İkinci Zirehli Briqadanın apreldə Baltik ölkələrində baş tutan “Dragoon Ride” (Süvari gedişi) adlı 1 700 kilometrlik yürüşü bu texnikanın ciddi qüsurlarını ortaya çıxarmışdı.

100 mm-lik silahlar və 30 millimetrlik toplarla təchiz olunan Rus tankları ilə müqayisədə “Strayker”lərin 12,7 mm-lik topu aciz idi.

Bu iddiaları təsdiq edən Pentaqon rəsmisi polkovnik Con Meyer “Strayker” zirehli vasitələrinə 30 millimetrlik toplar yerləşdirilməsini tələb edib. Prosesin 300 milyon dollara başa gələcəyi bildirilir.

Meyer təkmilləşmənin azı 2 il davam edəcəyini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.