İŞİD-in qorxulu planı: 700 kamikadze ilə cavab hazırlığı

25-07-2015, 10:32           
İŞİD-in qorxulu planı: 700 kamikadze ilə cavab hazırlığı
raqın Kərkük və Tikrit, Suriyanın Kobani, Haseke və Hələb şəhərlərində ağır məğlubiyyətə düçar olan İŞİD-in qruplaşma daxilində motivasiyanı çoxaltmaq üçün qanlı əməliyyat hazırladığı bildirilib. ANS PRESS-in məlumatına görə, bu plan çərçivəsində qruplaşmanın 700 kamikadze hazırladığı və onlardan ABŞ, Kanada, Avropa Birliyi ölkələri, Rusiya, Türkiyə və s. ölkələrdə istifadə edəcəyi iddia olunur. Artıq may və iyun aylarında 120 nəfərin “passiv kamikadze” kimi əvvəldən müəyyən olunan ölkələrə göndərildiyi, bu ilin sonuna kimi qalanların da göndəriləcəyi qeyd edilib.

Müsəlman olduğunu iddia edən terror qruplaşmasının hədəfi hər zaman müsəlmanlar olub.

Hədəf ölkələrdə “passiv kamikadze” kimi qalmağı planlaşdıran İŞİD üzvlərinin terror təşkilatına istiqamətlənmiş hər hansı bir əməliyyatdan sonra “işə düşəcəyi” iddia olunur. İraq hərbi mənbələri mərkəzi Mosulda olan bu kordinasiyaya 3 nəfəri çeçen olan 9 nəfərin rəhbərlik etdiyini bildirib. Həmçinin “passiv kamikadze”lərlə bu mərkəz vasitəsilə əlaqə yaradılır.

Terrorçuların maddi ehtiyacları üçün Bağdad, Əmman və Küveytdəki müxtəlif valyuta dəyişmə məntəqələri vasitəsilə pul transferləri həyata keçiriləcək. Həmçinin mənbələr bu cür transferlərə nəzarət etməyin imkansız olduğunu vurğulayıblar. Terror təşkilatının bu yolla öz daxilində motivasiyanı artırmaq, təşkilata istiqamətlənmiş əməliyyatlar, təhdid və qorxu hissinin qarşısını almağı planlaşdırdığı qeyd edilib.


Onların həyata keçirdikləri edam səhnələri dünyada islamafobiyanı çoxaldır.

Şanlıurfanın Suruc rayonundakı Amara mədəniyyət mərkəzinin həyətində 32 nəfərin ölümü, 104 nəfərin yaralanması ilə nəticələnən kamikadzeyə aid görüntülər aşkarlanıb. Ailəsindən götürülən nümunələrə əsasən kamikadze olduğu müəyyən edilən şeyx Əbdürrəhman Alagöz polis kqamerasının görüş bucağının əks istiqamətindən Amara mədəniyyət mərkəzinə girib. Onu ancaq yaxınlıqda olan iş yerinin mühafizə kamerası ilə aşkarlamaq mümkün olub.

Suruc, Amara mədəniyyət mərkəzinin önü. Terror hadisəsindən sonra.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.