Pentaqon “RİA Novosti”nin iddiasını təkzib edib- BU, TƏXRİBAT XARAKTERLİ DEZİNFORMASİYADIR

8-09-2017, 13:08           

“Avqustun 26-sı gecə saatlarında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus helikopter İŞİD-in Avropa mənşəli iki səhra komandirini ailələri ilə birlikdə Deyr əz-Zor şəhərinin şimal-qərbindəki Treyf rayonu yaxınlığından təxliyə etdiyi barədə yayılan məlumat həqiqətə uyğun deyil”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü mayor Adrian Rankin-Qollivay Anadolu” agentliyinin müxbirinin sualını cavablandırarkən belə deyib.
Belə ki, Adrian Rankin-Qollivay bildirib ki, Rusiyanın “RİA Novosti”(“Rossiya Seqodnya”) Beynəlxalq İnformasiya Agentliyinin bu barədə yaydığı məlumat isə təxribat xarakterli dezinformasiyadır.
Ortaya atılan iddianın həqiqətə uyğun olmadığını deyən Adrian Rankin-Qollivay bu məsələnin üzərində çox dayanmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, “RİA Novosti”yə hərbi-diplomatik mənbəyə istinadən xəbər verib ki, ABŞ Hərbi-Hava Qüvvələri bu ilin avqustunda İŞİD terror qruplaşmasının 20-dən çox səhra komandirlərini Suriyanın Deyr əz-Zor rayonundan təxliyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru