Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb

11-09-2017, 08:05           
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb
Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 71 nəfərin öldüyü bildirilirdi.

Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru