Azərbaycanlı avtoriteti onurğa sümüyündən vurdular

27-07-2015, 18:24           
Azərbaycanlı avtoriteti onurğa sümüyündən vurdular
4 nömrəli tərəvəz bazası sui-qəsd qalmaqalının içində. Azərbaycanlı avtoritet onurğa sümüyündən vurdular

Rusiyanın Yekaterinburq şəhərinin “4 nömrəli tərəvəz bazası” iyul ayının ortalarından bu yana azərbaycanlılar arasında silahlı qalmaqallara şahid olur.

Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın “Veçernıe vedomosti” qəzeti yazır. Münaqişə bazarı ələ keçirmək istəyən Azərbaycan diasporunun nümayəndələri arasında gedir. Əldə olunan məlumata görə, güllə yarası alan azərbaycanlı avtoritet reanimasiyada yatır. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.

Bazarı ələ keçirmək cəhdləri əvvəllər yumruq davası şəklində davam edirdisə, indi silahlı atışma müstəvisinə keçib. Hadisə 22 iyulda baş verib. Qəzet güllələnən azərbaycanlının kimliyini müəyyən edə bilib.

Yaralanan şəxs içki, tərəvəz, meşə materialları satışı ilə məşğul olan azərbaycanlı avtoritet Nazim Musayevdir. Məlumata görə, Nazim Musayevi dəfələrlə şəhərin Din idarəsinin başçısı İqor Trifonovun yanına girərkən görüblər. İqor Trfonov cinayət hadisəsini şərh etməkdən imtina edib.

Qəzetə o da məlum olub ki, sui-qəsddən bir müddət əvvəl Nazim Musayev “4 nömrəli tərəvəz bazası”nın ən böyük anbarlarından birini öz nəzarəti altına almaq istəyirmiş. Məhz bu səbəbdən bazanın direktoru İvan Obuxovla Musayev arasında yer üstündə ciddi münaqişə yaranıb.

Öz növbəsində İvan Obuxov hadisə ilə əlaqəsini inkar edib. O, deyib Nazim Musayevlə dost idi və aralarında heç bir münaqişə ola bilməz, çünki onlar köhnənin dostlarıdır. İvan Obuxov:

"Sui-qəsdin olması faktı mənə məlumdur. O, bir neçə güllə yarası alıb."”.

Musayevin güllələnməsi tərəvəz bazası ilə Azərbaycan diasporunun maraqlarının toqquşduğu ilk hadisə deyil. Azərbaycan diasporunun daha bir lideri, Azər Piriyevin bazar rəhbərliyi ilə qarşıdurmaya getdiyi məlumdur. Deyilənə görə, Azər Piriyev bazaya məxsus bir neçə avtomobilə xəsarət yetirib. Hadisədən bir müddət sonra Piriyevin xəstəxanaya yerləşdirildiyi məlum olub. İnsident iyulun ortasında baş verib. Zərərçəkənin özü ilə telefon əlaqəsi saxlamaq mümkün olmayıb.

Tərəvəz bazasındakı münaqişələrə baxmayaraq, direktor İvan Obuxovun yerli hakimiyyət orqanları ilə yaxşı münasibətləri var. Keçən həftə Obuxovun Sverdlovsk əyalətinin Sənaye naziri Andrey Misyura ilə birgə fotosu çəkilib. Qəzet redaksiyası iki şəxsin nə haqda danışdığını öyrənməyə çalışıb. Ancaq nazir Misyura Obuxovla görüş faktını təkzib edib.

Məlumata görə, kriminal dairələrin münaqişə məkanına gələn “4 nömrəli tərəvəz bazası” özü bankrot olmaq ərəfəsindədir. Bazanın büdcəyə 100 milyon rubldan çox borcu var. Buna baxmayaraq, hüquq-mühafizə orqanları vergilərin ödənilməməsi ittihamı ilə tərəvəz bazasının rəhbərliyinə cinayət işi açmaq istəmirlər. Əyalət hakimiyyətinin nümayəndələri isə ticarət obyektlərinin sahibləri ilə tez-tez görüşlər keçirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.