40 min saxta "iPhone6" istehsal edən ər-arvad tutuldu - VİDEO
28-07-2015, 14:20
Çində 40 mindən çox “iPhone” smartfonu buraxmış gizli fabriklə əlbir olmaqda şübhəli bilinən 9 nəfər həbs edilib.
Məlumatda deyilir ki, gizli istehsalda yüzlərlə işçi çalışıb.
FaktXəbər-in “ICTnews”a istinadən verdiyi məlumata görə, sözügedən fabrik hələ mayın 14-də aşkarlanıb, ancaq Çinin İctimai Təhlükəsizlik Bürosu yalnız ötən bazar günü sosial şəbəkələrdə keçirilmiş əməliyyat haqqında məlumat verib.
Saxta smartfonların istehsalına yanvarda başlanılıb.
Pekin hakimiyyəti nümayəndəsi bildirib ki, gizli fabrikə ər-arvad rəhbərlik edib və saxta “iPhone” smartfonlarının quraşdırılması Çinin paytaxtının şimalında həyata keçirilib.