Rusiya rublu yenidən ucuzlaşmağa başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dünya bazarında Brent markalı neftin qiymətinin 53 dollardan aşağı düşməsinin fonunda Rusiya rublu son 10 gündə böyük dəyər itirib.
Bu gün Moskva birjasında 1 ABŞ dollarının dəyəri 0,67 rubl artaraq 60,32 rubla bərabər olub. 1 avro isə 0,55 rubl bahalaşaraq 66,72 rubla dəyişdirilib.
ABŞ dolları bu göstəricini son 4 ayda ilk dəfə göstərib.