"Xəlifə" toy hədiyyəsi kimi baş kəsməyə icazə verdi - amma qadın başı

28-07-2015, 22:31           
"Xəlifə" toy hədiyyəsi kimi baş kəsməyə icazə verdi - amma qadın başı
İŞİD “xəlifəsi” Əbubəkr əl-Bağdadi toy hədiyyəs kimi göndərmək üçün bir qadının başını kəsməyə icazə verib.

teref.az saytı The Daily Mail. qəzetinə istinadən xəbər verir ki, bu məsələ qadın şəriət məhkəməsinin keçmiş əməkdaşının ( qəzet onun adını şərti olaraq LİNA adlandırır.) islamçılara düşmən olan qüvvələrin tərəfinə keçməsindən sonra açılıb.

Lina adlandırılan həmin qadın “The Daily Mail”ə bildirib ki, qadın şəriət məhkəməsi hakimlərindən birinin əri döyüşlərdə həlak olub. Bundan sonra dul qadın özünə yeni ər tələb edib, toy hədiyyəsi kimi isə bir “kafir”in başının kəsilərək ona verilməsini istəyib.

Lakin “xəlifə” əl-Bağdadi qərara gəlib ki, həmin hakim qadın olduğu üçün onun kişi öldürməyi tələb etmək hüququ yoxdur. Ona görə də “xəlifə” ona, onun casusluqda şübhəli bilinən qadın həmkarlarından birinin başını kəsərək hədiyyə edilməsini təklif edib. Haqqında ölüm hökmü çıxarılan qadın isə Linanın keçmiş rəisidir.

İslamçıların əlindən qaçan qadının sözlərinə görə, “xanse” adlanan qadın şəriət məhkəməsində Böyük Britaniyadan azı 5 qadın xidmət edir. Onların bir çoxu milliyyətcə etnik ingilisdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.