“Azərbaycan İŞİD-in siyahısındadır” - Rus general

30-07-2015, 11:10           
“Azərbaycan İŞİD-in siyahısındadır” - Rus general
MDB ölkələrinin sərhədlərinə terrorizmdə şübhəli bilinən şəxslərin keçidinin qarşısını almaq üçün daimi nəzarətin aparılması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB-nin Anti-terror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib. Onun sözlərinə görə, İŞİD öz təsirini artıq bütün MDB-yə yaymağa çalışır:

“Bu daha çox Cənubi Qafqaz, Mərkəzi Asiya və Rusiyanın cənubuna aiddir. İŞİD-in siyahısında Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyanın cənub ərazilərinin adları var. Onlar bizim universitetlərə can atırlar. Bizim ümumi məqsədimiz bu fəaliyyətin qarşısını almaqdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.