Səudiyyə Ərəbistanında 11 şahzadə və 4 nazir korrupsiyada ittiham olunaraq həbs edilib

5-11-2017, 11:28           
Səudiyyə Ərəbistanında 11 şahzadə və 4 nazir korrupsiyada ittiham olunaraq həbs edilib
Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin həbs edilməsinə dair qərar qəbul edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli mətbuatda bildirilir ki, şahzadələrdən biri silah-sursatın tədarükü ilə bağlı qanunsuz sazişlər imzaladığı üçün həbs edilib. Digər şahzadə saxta müqavilələr imzalamaqda, daha biri isə pulların “yuyulması”nda ittiham olunur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi kralın fərmanı ilə dünən, noyabrın 4-də yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru