Qul bazarında 400 dollara satılan insanlar

15-11-2017, 08:10           
Qul bazarında 400 dollara satılan insanlar
Liviyada insanların heyvan kimi satıldığı qul bazarı var.
"Ölkə.Az" xəbər verir ki, CNN kanalı gizli kamera ilə qul bazarında gedən şıdırğı alveri lentə alıb.

Bazar paytaxt Trablusun kənarında qurulub. Əraziyə səfər edən CNN müxbirləri 6-7 dəqiqə ərzində hərraca çıxarılaraq satılan insanları çəkiblər.

Bazarda tez-tez "qazmaçıya ehtiyacı olan var? Bu bir qazmaçıdır, güclü və iri adamdır"-kimi ifadələr eşidilir.
400 dollardan başlayan qiymətlər 800 dollara qədər artır və ən çox pulu verən şəxs qulun sahibi olur.

Bazarda ən çox Nigeriya, Mali, Qana, Niger kimi ölkələrdən olan miqrantlar qul kimi satılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru