KİV: Putin-Sarqsyan görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq

15-11-2017, 08:19           
KİV: Putin-Sarqsyan görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
Ermənistan və Rusiya prezidentləri - Serj Sarqsyanla Vladimir Putinin görüşü zamanı digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da müzakirə olunacaq.
“Report” xəbər veri ki, bu barədə rusiyalı ekspert, şərqşunas Aleksandr Skakov RİA "Novosti"yə bildirib.
O, görüşün rusiyalı lider ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan dərhal sonra baş tutacağını xüsusi vurğulayıb.
"Moskva elan etməsə də, münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupundakı digər dövlətlərdən daha fəal məşğuldur. Çünki bu, onun üçün çox vacibdir. Fikrimcə, Ərdoğanla Putin arasında danışılan məqamlar Sarqsyanla Putin arasında keçiriləcək görüşdə də səsləndiriləcək", - deyə ekspert bildirib.
A.Skakov gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana reallaşacaq səfərlərini də qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru