Qəddar ana uzun müddət iki uşağını qəfəsdə saxlayıb – (Fotolar)

12-08-2015, 13:08           

“Sizinyol” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da Corciyada 34 yaşlı ana Stefanie Elizabet Ston uzun müddət 8 yaşlı qızı və 11 yaşlı oğlunu evdə ayrı-ayrı qəfəslərdə saxlayıb. Qonşular ananın uşağa qarşı vəhşiliyindən xəbər tutaraq polisə xəbər veriblər. Polis isə evə daxil olduqda dəhşətli səhnə ilə üzləşib. 11 yaşlı oğlan evin birinci mərtəbəsində dəmir qəfəsdə saxlanılırmış. Polis ikinci mərtəbəyə çıxdıqda 8 yaşlı qızın taxtadan hazırlanmış bir qəfəsdə saxlanıldığına şahid olub. Xatırladaq ki, 34 yaşlı ana ilə yanaşı bu cinayətdə ona yardımçı olan rəfiqəsi 49 yaşlı Vanda Sue Redfern də saxlanılıb. Polis ananın narkotik maddə istifadəçisi olduğunu bildirib. Ana uzun müddətdə qəfəsdə saxladığı övladlarına az miqdarda su və çörək verib. Polis bildirib ki, bu iki qadın qəfəsləri hazırlamaq üçün kimlərdənsə kömək alıb. Hazırda cinayətə şərik olan digər şəxslərin axtarışı davam edir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.