Çində dəhşətli partlayış- Böyük insan tələfatı var

13-08-2015, 12:06           
Çində dəhşətli partlayış- Böyük insan tələfatı var
Bu gecə Çinin Tyantszin şəhərində baş verən partlayış zamanı 40-dan çox adam ölüb, onlarla adam itkin düşüb.

Avropa.info xəbər verir ki, yerli limanın partlayıcı anbarında baş verən partlayışların ən güclüsü 21 ton trotilə bərabər olub. Partlayışın ardından böyükl yanğın başlayıb.

Son məlumatlara görə hadisə zamanı 42 nəfər ölüb, 36 yanğınsöndürən itkin düşüb. 400-ə yaxın adam yaralanıb.

Bədbəxtlikdən partlayış dalğasının ən güclüsü artıq yanğınsöndürənlər hadisə yerində işləyərkən baş verib. Zərbə dalğası elə güclü olub ki, onu zəlzələni qeydə alan seysmik cihazlar belə ölçüb. Zərbə dalğası onlarla km uzaqdan hiss edilib. Bir neçə kilometr radiusda yerləşən binaların şüşələri sınıb.

Hadisənin baş vermə səbəbləri haqda rəsmi açıqlama verilmir. Partlayış baş verən anbarın məxsus olduğu şirkətin rəhbərliyi həbs edilib.

Bildirilir ki, partlayışdan öncə hadisə rayonunda kimyəvi maddələrin kəskin qoxusu hiss olunub.


[media=https://www.youtube.com/watch?v=BxAAyxMPY5s]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.