Pakistandan Qərbə gözdağı - "BABUR" RAKETİNİ SUYUN ALTINDAN ATDILAR

2-04-2018, 22:39           

Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti Pakistan Dəniz Qüvvələri tərəfindən “Babur” raketinin suyun altından atılan versiyasının (SLCM Babur) sınağının uğurla həyata keçirildiyi xəbərini yayıb. “SLCM Babur”un 450 kilometrlik mənzilə malik olduğu bildirilir.

Mətbuat xidməti ictimaiyyətə açıqlamasında “SLCM Babur”un “bir sualtı dinamik platformadan” atıldığını və hədəfini yüksək dəqiqliklə məhv etməyi bacardığını bəyan edib.



Bundan əvvəl ilk dəfə 2017-ci ilin yanvarında “Babur-3” adlandırılan SLCM sınağı keçirilmişdi. O zaman da raket sualtı mobil platformadan atılmışdı.

Pakistanda yayılan videoda sualtı platformadan atılan raketin dənizdən çıxdıqdan sonra, içərisində olan kapsuldan da çıxaraq hədəfə uçduğu görünür.

Hurriyyet.org













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru