İsrail irqi ayrıseçkilik çərçivəsində 16 min afrikalını qərb ölkələrinə deportasiya edəcək
2-04-2018, 22:50

İrqi ayrıseçkiliyi və Fələstin xalqına qarşı terror siyasəti ilə dünya mediasının gündəmini zəbt edən və bu siyasətə qarşı olanları antisemitizmdə günahlandıran İsrail rejimi BMT ilə razılaşma çərçivəsində on minlərlə afrikalı miqrantı qərb ölkələrinə deportasiya edəcək. Rejim Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən verilən açıqlamada Kanada, İtaliya, Almaniya və digər qərb ölkələrinə 16 250 afrikalı miqrantın köçürüləcəyi qeyd edilib. İsrailin bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə razılığa gəldiyi açıqlanıb. Benyamin Netanyahu televiziya vasitəsilə etdiyi canlı çıxışında, "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə razılığa əsasən, 16 250 nəfər afrikalı qaçqın inkişaf etmiş qərb ölkələrinə deportasiya ediləcək. BMT tərəfindən hazırlanan öhdəlik bunu təşkil etmək üçün unikal bir müqavilədir", - deyə söyləyib. Qeyd edək ki, sözügedən müqavilədən əvvəl, yanvar ayında Netanyahu rejimin nəzarət etdiyi ərazilərdə yaşayan afrikalı qaçqınları ya ölkəni tərk etmək, ya da ömürlük həbs cəzası almaq seçimi ilə qarşı-qarşıya qoymuşdu. İsrail DİN tərəfindən verilən açıqlamada hazırda rejimdə 42 min afrikalı miqrantın olduğu açıqlanıb. Onların çoxunun Sudan və Eritreyadan gəldiyi bildirilib. /eastnews.org/