İŞİD liderlərinin 95 faizinin İraqdan kənar ərazilərdə gizləndikləri iddia olundu

2-04-2018, 22:52           

İraqın təhlükəsizlik ekspertlərindən olan Fazil Əbu Raqif İŞİD terror təşkilatının yüksək rütbəli liderlərinin 95 %-nin İraq daxilində və xaricdə gizləndiklərini iddia edərək, səlahiyyətliləri mümkün qədər tez zamanda hərəkətə keçərək onları həbs etməyə çağırıb. Fazil Əbu Raqi bu barədə Londonda yerləşən "Asharq Al-Awsat" qəzetinə verdiyi müsahibəsində danışıb. Bu gün İraq ordusunun "İŞİD-in qəssabı" olaraq bilinən Əbu Taha əl-Tunisini və 9 köməkçisini həbs etməsi barədə xəbərə şərh verən iraqlı ekspert, "Heç kəs inkar edə bilməz ki, İŞİD liderlərinin 95 faizi vuruşmur. Onlar İraqın daxilində və xaricində qaçaraq gizlənməyi üstün tuturlar", - deyə söyləyib. Xatırladaq ki, İraq qüvvələrinin Suriya ilə sərhəddə yerləşən Rava şəhərini İŞİD-dən azad etməsi ilə ölkədə İŞİD varlığının sona çatdığı elan edilmişdi. Lakin İraqın bir çox səhralıq ərazilərində hələ də gizlənən terror təşkilatı ünsürləri mövcuddur və onlar ara-sıra təhlükəsizlik qüvvələrinə qarşı terror aktları həyata keçirirlər.
eastnews.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru